27 noyabr 2024. Çərşənbə

TFF növbəti dəfə FİFA-ya üz tutdu


  • Transfer
  • 09:28 15.02.2023
  • Oxunma sayı: 114
TFF növbəti dəfə FİFA-ya üz tutdu
Türkiyədə fevralın 6-da baş vermiş güclü zəlzələyə görə transfer pəncərəsinin müddətinin növbəti dəfə uzadılması qərara alınıb. Corner.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyasının (TFF) prezidenti Mehmet Büyükekşi açıqlama verib.
 
O, transfer pəncərəsinin müddətinin martın 5-nə kimi uzadılması ilə bağlı FİFA-ya müraciət ünvanladıqlarını bildirib. Hazırda bu müraciətə cavab gözləyirlər.
 
Xatırladaq ki, Türkiyədə qış transfer pəncərəsi fevralın 8-də bağlanmalı idi. Lakin TFF ölkə ərazisindəki təbii fəlakətə görə FİFA-ya müraciət edərək bu müddəti daha 10 gün uzadılmışdı. 
 
TFF prezidenti onu da qeyd edib ki, zəlzələyə görə fasilə verdikləri mövsümün bərpası martın 3-4-nə nəzərdə tutulub. Lakin Super Liqadan “Qaziantep” və “Hatayspor”, Birinci Liqadan “Yeni Malatyaspor” və “Adana Dəmirspor”, İkinci Liqadan “Adıyaman” və “Diyarbəkirspor”, Üçüncü Liqadan isə “Niğde Anadolu”, “Malatya Arguvanspor”, “Kahramanmaraşspor” və “Osmaniyəspor” komandaları mövsümün qalan hissəsində meydana çıxmayacaqlar. Bu komandalara mövsümün qalan oyunlarında 0:3 hesablı texniki məğlubiyyət veriləcək. Lakin onların hamısı növbəti mövsümə eyni çempionatda başlamaq hüququna malik olacaqlar.






Transfer