1 oktyabr 2026. Cümə axşamı

Azərbaycanda yay transfer pəncərəsi rəsmən açıldı


  • Transfer
  • 12:31 11.06.2019
  • Oxunma sayı: 520
Azərbaycanda yay transfer pəncərəsi rəsmən açıldı

Azərbaycanda yay transfer pəncərəsi bu gündən rəsmən açılıb.

Corner.az-ın məlumatına görə, Premyer Liqa klubları məhz bu gündən etibarən yeni oyunçularını qeydiyyatdan keçirə biləcəklər. Yay transfer pəncərəsi sentyabrın 2-də bağlanacaq.

Qeyd edək ki, qış transfer dönəmi 2020-ci ilin 7 yanvar - 3 fevral tarixini əhatə edəcək.

Əlavə edək ki, indiyə kimi "Neftçi"  Voislav Stankoviç, Rauf Əliyev, "Səbail" Kamal Bayramov, Ürfan Abbasov, Turan Manafov, "Zirə" Elvin Məmmədov, Cavid Hüseynov, Elvin Camalov, "Sumqayıt" Vüqar Mustafayev, Amil Yunanov, "Sabah" Cavid Tağıyev, Kevin Kubemba, "Keşlə" Rəşad Əzizli və Ruslan Qurbanovu heyətinə qatıb. "Qarabağ" və "Qəbələ" isə hələlik heç bir oyunçunu transfer etməyib.







Transfer

Sterlinq klub tapa bilmir
  • Transfer
  • 22:44 28.09.2026
Sterlinq klub tapa bilmir