- Transfer
- 23:31 31.03.2026
"Neftçi" futbolçusu Gilyerme Pato ilə vidalaşıb.
Corner.Az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, braziliyalı hücumameylli yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Qeyd edək ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş 23 yaşlı vinger bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb. Onun ölkəsinin "Figeyrense" klubuna keçəcəyi gözlənilir.