- Transfer
- 22:58 10.04.2026
Almaniyanın “Şalke” klubu heyətinə yeni futbolçu cəlb edib.
Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Everton”dan Conco Kennini transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 22 yaşlı futbolçu yeni mövsümü icarə əsasında “Şalke”də keçirəcək.
Qeyd edək ki, “Everton”un yetirməsi olan Kenni bitən mövsümdə Premyer Liqada 9 oyuna çıxıb.