- Transfer
- 21:53 26.11.2024
Fransa PSJ-sinin futbolçusu Neymar karyerasını İngiltərənin "Çelsi" klubunda davam etdirə bilər.
Corner.Az "Le Parisien" nəşrinə istinadən xəbər verir ki, London klubunun sahibi Todd Bouli Paris təmsilçisinin prezidenti Nasser Əl-Xəlaifi ilə naharda görüşüb. Hər iki klub rəhbəri görüşdə braziliyalı hücumçunun mümkün transfer ehtimalını müzakirə ediblər.
İddiaya görə, "zadəganlar" 31 yaşlı futbolçu üçün Paris klubuna 60 milyon avro ödəməyə hazırdır.
Qeyd edək ki, braziliyalı futbolçu bu mövsüm meydana çıxdığı 28 oyunda 17 qol vurub və 16 məhsuldar ötürmə edib.