Türkiyədəki güclü zəlzələ səbəbindən Super Liqada bu mövsümün sonunadək çıxışını dayandıra “Hatayspor” klubu iki futbolçusu yollarını ayırıb. Corner.az xəbər verir ki, yarımmüdafiəçilər Kevin Varqa və Mehdi Budjema elita təmsilçisindən ayrılıb.
Macarıstan millisinin də üzvü olan Varqa Hatay təmsilçisi ilə müqaviləsini ləğv edib və azad agent statusu alıb. 26 yaşlı vinger bu mövsümün əvvəlindən formasını geyindiyi “Hatayspor”da cəmi 12 oyuna çıxıb. Türkiyədə daha öncə “Kasımpaşa”nın da uğurları üçün çalışmış futbolçu, “Debretsen”, “Balmazuyvaroş”, “Siqand” və “Yanq Boyz”da oynayıb. O, Macarıstan yığmasında 10 oyuna 1 qol vurub.
Mehdi Budjema isə Macarıstanın “Ferentsvaroş” klubu tərəfindən bu mövsümün sonunadək icarəyə götürülüb. Macarlar yarım mövsümlük icarə üçün Türkiyə klubuna 100 min avro ödəyiblər. Fransalı oyunçu 2021-ci ilin yayında transfer olunduğu “Hatayspor”da 50 oyun keçirib. 24 yaşlı futbolçu daha öncə ölkəsində “Genqam”, “Keviyi Ruan” və “Laval”ın da formasını geyinib.
“Ferentsvaroş” İtaliyanın “Sampdoriya” klubunun yarımmüdafiəçisi Simone Trimbolini də icarəyə götürüb. İtaliyadan olan 20 yaşlı futbolçu da Macarıstan təmsilçisində bu mövsümün sonuna kimi icarədə olacaq. Amma “Ferentsvaroş” gənc yarımmüdafiəçini satınalma şərti ilə heyətinə qatıb. “Sampdoriya”nın öz yetirməsi olan Trimboli, bu klubun əsas komandasında 5 matç keçirib.