7 aprel 2026. Çərşənbə axşamı

Trabzonspor serb futbolçu ilə gücləndi


  • Transfer
  • 17:16 16.02.2023
  • Oxunma sayı: 157
Trabzonspor serb futbolçu ilə gücləndi
Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqada çıxışını dayandıran “Qaziantep”in yarımmüdafiəçisi Lazar Markoviçin yeni iş yerini dəyişib. Corner.az xəbər verir ki, 28 yaşlı vinger “Trabzonspor”a keçib.
 
Trabzon klubu serb yarımmüdafiəçini bu mövsümün sonuna kimi icarəyə götürüb. Trabzonlular yarım mövsümlük icarə üçün 260 min avro ödəyəcəklər.
 
Markoviç 2022-ci ilin yayında Serbiyanın “Partizan” klubundan “Qaziantep”ə transfer olunmuşdu. O, bu komandanın heyətində 22 oyuna çıxıb və 5 qol vurub. Serbiyalı vinger ölkəsinin yığmasında isə 22 oyuna 3 qol vurub.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi