"Şamaxı” klubu qapıçısı Rəşad Əzizli ilə müqaviləsinin müddətini uzadıb. Corner.az xəbər verir ki, 29 yaşlı oyunçunun yeni sözləşməsinin müddəti 1.5 illikdir.
Xatırladaq ki, "Şamaxı" daha əvvəl Rövşən Şahmuradov, Fuad Bayramov, Rəhman Daşdəmirov və Bahadur Həziyevlə müqavilə yeniləyib, Emil Qasımov, Emin Zamanov, Zahid Mərdanov, Əli Səmədov, Abdulla Seyidəhmədov və Ramin Əhmədovu heyətinə qatıb.