26 oktyabr 2024. Şənbə

Messi Barselona'ya qayıtmayacaq


  • Transfer
  • 00:28 17.02.2023
  • Oxunma sayı: 124
Messi Barselona'ya qayıtmayacaq
PSJ-nin futbolçusu Lionel Messinin sabiq komandası “Barselona”ya qayıdacağı ilə bağlı iddialara aydınlıq gəlib. Corner.az xəbər verir ki, Paris klubu ilə yeni müqavilədə hələ də ortaq məxrəcə gələ bilməyən 36 yaşlı futbolçunun atası Xorxe Messi Kataloniya klubundan təklif almadıqlarını deyib:
 
“Leonun “Barselona”ya qayıdacağını düşünmürəm. Biz prezident Joan Laporta ilə danışmamışıq. Hətta “Barselona”dan təklif belə yoxdu”.
 
Qeyd edək ki, Lionel Messinin PSJ ilə müqaviləsi mövsümün sonuna qədərdi.






Transfer