11 aprel 2026. Şənbə

De Liqt Barcelona'ya keçir? - özü açıqladı


  • Transfer
  • 16:18 11.06.2019
  • Oxunma sayı: 626
De Liqt Barcelona'ya keçir? - özü açıqladı

Ayaks'ın futbolçusu Matteys De Liqt "Barcelona"ya mümkün transferi haqda açıqlama verib.

Corner.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, o, Kataloniya klubunun təklifi haqda hələ də düşündüyünü bildirib: "Qəlbimin nə dediyini hələ bilmirəm.Gələcəyim haqda qərar verməyə tələsmirəm. Mənim üçün əsas amil yeni komandamda çox oynayacağımdan əmin olmaqdır.Barcelona'nın yaxşı müdafiə xətti var, amma rəqabət məni qorxutmur.Niyə hələ də "Barcelona"ya gedib-getməməyi düşünürəm? Çünki bəlkə də "Barselona"ya keçməyin vaxtı deyil. Bu barədə yenidən fikirləşməliyəm".

Qeyd edək ki, De Liqtlə "Barcelona" ilə yanaşı, PSG və Manchester United'in də maraqlandığı iddia olunur.







Transfer

“Hələlik qərar yoxdur”
  • Transfer
  • 22:32 10.04.2026
“Hələlik qərar yoxdur”