- Transfer
- 22:58 10.04.2026
Con Delarj "Qarabağ"dan ayrıla bilər.
Corner.az-ın xəbərinə görə, bu barədə Konqo mətbuatı məlumat yayıb.Məlumatda, ötən mövsümün ortasında intizamsızlığına görə Qurban Qurbanov tərəfindən əvəzedici heyətə göndərilən 28 yaşlı futbolçu yenidən Türkiyədə oynaya bilər. Onun türk klublarının maraq dairəsində olduğu bildirilir.
Qeyd edək ki, ötən yay "Bursaspor"dan 170 min dollar təzminat qarşılığında transfer olunan Delarjın "Qarabağ"la hələ bir illik müqaviləsi var