7 aprel 2026. Çərşənbə axşamı

Kanada yığmasının üzvü Qalatasaray'da


  • Transfer
  • 13:55 17.02.2023
  • Oxunma sayı: 110
Kanada yığmasının üzvü Qalatasaray'da
Fevralın 6-da Türkiyədə baş verən dəhşətli zəlzələdən ən çox ziyan görən və Super Liqadakı çıxışını dayandıran “Hatayspor” daha bir futbolçusu ilə vidalaşıb.Corner.az xəbər verir ki, sözügedən klubun sol cinah müdafiəçisi Samuel Adekuqbe “Qalatasaray”a keçib.
 
Kanada milli komandasının da üzvü olan futbolçu bu mövsümün sonuna kimi satınalma şərti ilə İstanbul təmsilçisinə keçib. “Qalatasaray” onun transfer hüquqlarını almaq üçün yayda “Hatayspor”a 1 milyon avro ödəməlidir.
 
Adekuqbe 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 56 oyuna çıxıb. 28 yaşlı müdafiəçi karyerası ərzində “Valerenqa”, “Göteborq”, “Brayton” və “Vankuver” kimi klubların da formasını geyinib, Kanada yığmasında 37 oyuna 1 qol vurub.






Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi