5 oktyabr 2026. Bazar ertəsi

Neftçi'dən ayrılan futbolçu Braziliya klubuna keçdi


  • Transfer
  • 13:59 17.02.2023
  • Oxunma sayı: 108
Neftçi'dən ayrılan futbolçu Braziliya klubuna keçdi
“Neftçi” ilə yollarını ayıran Gilyerme Patonun yeni komandası müəyyənləşib. Corner.az saytının Braziliya mətbuatına istinadən məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi bundan sonra C seriyasında mübarizə aparan “Fiqeyrense”nin uğurları üçün çalışacaq. Patonun hətta “Fiqeyrense” ilə müqaviləyə qol çəkdiyi də vurğulanıb. İndi yalnız yeni transferin klubu tərəfindən təqdim olunması qalıb.
 
Qeyd edək ki, Gilyerme Pato bu mövsüm Azərbaycan Premyer Liqasında 12 oyunda 1 qol vurub.






Transfer