5 iyul 2026. Bazar günü

Beşiktaş futbolçusunu icarəyə verdi


  • Transfer
  • 16:54 17.02.2023
  • Oxunma sayı: 111
Beşiktaş futbolçusunu icarəyə verdi
“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Antalya təmsilçisi “Beşiktaş”dan Emrecan Uzunhanı, Macarıstanın “Pakş” klubundan isə Balint Şabonu icarəyə götürüb.
 
Sözügedən futbolçular bu mövsümün sonuna kimi icarədə oynayacaq. Amma Şabo satınalma şərti ilə icarəyə götürülüb.
 
Şabo Macarıstanın “Fehervar” klubunun yetirməsidir. O, ölkəsində “Budaerş” və “Kapoşvar”ın da formasını geyinib. 22 yaşlı mərkəz yarımmüdafiəçisi “Pakş”da 50 oyuna 6 qol vurub.
 
Emrecan isə “Qalatasaray” və “İstanbulspor”un yetirməsidir. “Beşiktaş” onu 2022-ci ilin iyul ayında “İstanbulspor”dan 2 milyon avro qarşılığında transfer edib. 21 yaşlı mərkəz müdafiəçisi cari mövsümdə “qara qartallar”ın heyətində 6 matça çıxıb.






Transfer