26 oktyabr 2024. Şənbə

Beşiktaş'da bir yeni futbolçu, bir ayrılıq


  • Transfer
  • 21:30 17.02.2023
  • Oxunma sayı: 66
Beşiktaş'da bir yeni futbolçu, bir ayrılıq
Türkiyədəki dəhşətli zəlzələdən ən çox ziyan görən klublardan olan və Super Liqanın qalan hissəsində çıxış etməyəcəyini açıqlayan “Qaziantep”də daha bir futbolçu icarəyə verilib. Corner.az xəbər verir ki, "Beşiktaş" klubu yarımmüdafiəçi Aleksandru Maksimi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 
 
32 yaşlı vinger 2020-ci ildən “Qaziantep”də çıxış edirdi. Rumıniya yığmasının üzvü Super Liqa təmsilçisində 115 oyuna 43 qol vurub. Təcrübəli oyunçu “Espanyol”, “Badalona”, “Panduri”, “Ştutqart və “Maynts”da da oynayıb, Rumıniya millisində 55 oyuna 6 qol vurub.
 
“Beşiktaş” yarımmüdafiəçisi Jozef de Souza ilə isə yollarını ayırıb. 34 yaşlı futbolçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. Braziliyalı futbolçu bundan sonrakı karyerasını Çinin “Beijing Guoan” klubunda davam etdirəcək.
 
Souza 2020-ci ildən oynadığı “Beşiktaş”da 88 oyuna 9 qol vurub. Yarımmüdafiəçi 2015-2018-ci illər aralığında “Fənərbaxça”nın da uğurları üçün çalışıb. Onun oynadığı komandalar arasında “Vasko da Qama”, “Portu”, “Qremio”, “San Paulo”, “Əl-Əhli” də var






Transfer