26 oktyabr 2024. Şənbə

Super Liqa klubunda daha 2 ayrılıq


  • Transfer
  • 23:09 17.02.2023
  • Oxunma sayı: 75
Super Liqa klubunda daha 2 ayrılıq
Dəhşətli zəlzələyə görə Super Liqadakı çıxışını dayandıran “Qaziantep”də daha iki ayrılıq yaşanıb. Corner.az xəbər verir ki, "Kasımpaşa” heyətini sözügedən klubun futbolçuları Günay Güvenç ilə Mustafa Eskihellaçı ilə gücləndirib.
 
Hər iki futbolçunun bu mövsümün sonuna kimi icarəyə götürülüb.
 
Günay Güvenç 2018-ci ildən oynadığı “Qaziantep”də 163 oyun keçirib. 31 yaşlı qapıçı “Ştutqarter Kikkers”, “Beşiktaş”, “Adanaspor”, “Mersin İdman Yurdu” və “Göztəpə”də də forma geyinib.
 
Mustafa Eskihellaç isə “Qaziantep”ə mövsümün əvvəlində “Yeni Malatyaspor”dan gəlmişdi. Yarımmüdafiəçi bu komandada 17 oyuna 2 qol vurub. 25 yaşlı vinger daha öncə “1461 Trabzon”, “Boluspor” və “Elazığspor”un da formasını geyinib.






Transfer