26 oktyabr 2024. Şənbə

İngiltərə klubunda yeni müqavilə


  • Transfer
  • 23:11 17.02.2023
  • Oxunma sayı: 61
İngiltərə klubunda yeni müqavilə
İngiltərə "Aston Villa”sı müdafiəçisi Tayron Minqzlə müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Yeni sözləşmənin müddəti 2026-cı ilə qədər nəzərdə tutulub. 
 
29 yaşlı futbolçu  2019-cu ildən çıxış etdiyi “Aston Villa”da 149 oyuna 7 qol vurub. O, İngiltərə millisində də 17 oyun keçirib, 2 qol vurub.






Transfer