7 aprel 2026. Çərşənbə axşamı

Mourinyo üçün PSJ iddiası


  • Transfer
  • 10:09 18.02.2023
  • Oxunma sayı: 106
Mourinyo üçün PSJ iddiası

İtaliya "Roma"sının baş məşqçisi Joze Mourinyo Fransanın PSJ komandasının sükanı arxasına keçə bilər.

Corner.az "Foot Mercato" nəşrinə istinadən xəbər verir ki, Paris təmsilçisinin idman direktoru Luis Kampos artıq Romada portuqaliyalı mütəxəssislə görüşüb.

Klub rəhbərliyi PSJ-nin hazırkı baş məşqçisi Kristof Qaltyenin işindən narazıdı və ona vəziyyəti düzəltmək üçün mart ayınadək vaxt verib. Fransalı mütəxəssis bunu düzəldə bilməsə klub alternativ variantlar araşdıracaq. Paris təmsilçisinin idman direktoru Kampos bu səbəbdən ilk olaraq Mourinyonun fikrini öyrənmək üçün onunla görüşüb.

Qeyd edək ki, 60 yaşlı mütəxəssisin "Roma" ilə 2024-cü ilin yayınadək müqaviləsi var.







Transfer

PSJ 57 milyon avro təklif etdi
  • Transfer
  • 23:44 04.04.2026
PSJ 57 milyon avro təklif etdi