5 iyul 2026. Bazar günü

13 illik Qalatasaray karyerası başa çatdı


  • Transfer
  • 14:46 18.02.2023
  • Oxunma sayı: 101
13 illik Qalatasaray karyerası başa çatdı
“Qalatasaray” qapıçısı İsmail Çipe ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, 28 yaşlı qolkiper 1-ci Liqa təmsilçisi “Boluspor”a transfer olunub.
 
İstanbul təmsilçisindən azad agent kimi ayrılan Çipe yeni klubu ilə ilyarımlıq müqavilə bağlayıb.
 
İsmail 2010-cu ildən formasını geyindiyi “Qalatasaray”da əsas komandanın üzvünə çevrilə bilməyib. Belə ki, o, əsas komandada cəmi 17 oyun keçirib. Bu üzdən də o, icarə əsasında “Fatih Karagümrük”, “Kayserispor”, “Tuzlaspor” və “Şafakspor” kimi klublarda icarədə oynayıb.






Transfer