26 oktyabr 2024. Şənbə

Super Liqa klubunda iki yeni futbolçu


  • Transfer
  • 14:50 18.02.2023
  • Oxunma sayı: 95
Super Liqa klubunda iki yeni futbolçu
“Antalyaspor” heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Antalya təmsilçisi Super Liqada çıxışını bu mövsümün sonuna kimi dayandıran “Hatayspor”dan Bertuğ Yıldırımı, Burundinin “Eql Nuar” klubundan isə Yannik Nkurunzizanı transfer edib.
 
Bertuğ bu mövsümün sonuna kimi icarəyə götürülüb. Nkurunziza isə yeni klubu ilə 4.5 illik müqaviləyə imza atıb.
 
Bertuğ Yıldırım “Sarıyer”in yetirməsidir. 21 yaşlı hücumçu 2021-ci ildən oynadığı “Hatayspor”da 34 oyuna 5 qol vurub. O, Türkiyənin gənclərdən ibarət yığmalarında da dəvət alır.
 
Nkurunziza isə daha öncə ölkəsində “Nessajer”də də forma geyinib. 20 yaşlı mərkəz yarımmüdafiəçisi Burundi millisində 4 oyun keçirib.






Transfer