- Transfer
- 23:56 10.03.2026
"Real" yeni transferlər - Luka Yoviç və Eden Hazardı ictimaiyyətə eyni gündə təqdim etməyəcək.
Corner.az klubun rəsmi saytına istinadən xəbər verir ki, əvvəlcə - iyunun 12-də "Ayntraxt"dan alınan serbiyalı futbolçunun təqdimat mərasimi olacaq. Bir gün sonra isə "Chelsea"dən transfer olunan belçikalı futbolçu ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, hər iki təqdimat mərasimi "Santyaqo Bernabeu" stadionunda keçiriləcək.