1 aprel 2026. Çərşənbə

Türkiyə klubunda daha 6 ayrılıq


  • Transfer
  • 16:24 18.02.2023
  • Oxunma sayı: 135
Türkiyə klubunda daha 6 ayrılıq
Türkyədəki dəhşətli zəlzələdən sonra Super Liqadan çəkilməyə qərar verən “Qaziantep” klubu daha dörd futbolçu ilə yollarını ayrıb. Corner.az xəbər verir ki, sözügedən komandanın  yarımmüdafiəçi Luka Stankovski Sloveniyanın “Qoritsa” klubuna keçib.
 
Türkiyə klubu oyunçusunun bu mövsümün sonuna kimi icarədə oynayacağını açıqlayıb.  20 yaşlı futbolçu “Rabotniçki”nin yetirməsidir. Şimali Makedoniyanın üzvü, bu mövsümün əvvəlində transfer olunduğu Qaziantep təmsilçisində 11 oyuna 1 qol vurub.
 
“Qaziantep” digər oyunçularından Ömürcan Artan və Mustafa Burak Bozanın “Tuzlaspor”a , yarımmüdafiəçi Furkan Soyalpın isə “Adana Dəmirspor” a icarəyə verildiyini açıqlayıb. Onlar da bu mövsümün sonunadək icarədə olacaq.

“Qaziantep” sol cinah müdafiəçisi Halil İbrahim Pehlivanla müqaviləyə isə xitam verib. 29 yaşlı futbolçu “Rizəspor”a keçib. O, yeni klubu ilə 2025-ci ilin yayına kimi sözləşmə imzalayıb.

Soyalp, peşəkar karyerasına “Bursaspor”da başlayıb, “Bandırmaspor” və “Başakşəhər”də də forma geyinib. 27 yaşlı futbolçu 2019-cu ildən oynadığı “Qaziantep”də 93 oyuna 7 qol vurub.

Yeri gəlmişkən,“Adana Dəmirspor” Paraqvayın “Quarani” klubundan Xorxe Moreli bu mövsümün sonuna kimi satınalma şərti ilə icarəyə götürüb.
25 yaşlı futbolçu daha öncə “Lanus” və “Estudiantes”də də icarədə olub. O, “Quarani”də 91 oyuna 2 qol vurub. Yarımmüdafiəçi Paraqvay yığmasında da 9 oyun keçirib.
 







Transfer