İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Əndəlüs təmsilçisi Argentinanın “San Lorenso” klubunun müdafiəçisi Federiko Qattonini transfer edib.
23 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə imzalanıb. La Liqa klubu bu transfer üçün qarşı tərəfə 1.4 milyon avro ödəyiblər.
Qattoni bu mövsümün sonuna kimi “San Lorenso”da icarə əsasında çıxış etməyə davam edəcək. Argentinalı futbolçu “Sevilya”ya yayda qoşulacaq.
Qattoni “San Lorenso”nun öz yetirməsidir. O, bu klubun əsas komandasında meydana çıxdığı 70 matçda 6 qol vurub.