1 aprel 2026. Çərşənbə

Tanınmış futbolçu karyerasını bərpa etdi


  • Transfer
  • 19:30 18.02.2023
  • Oxunma sayı: 99
Tanınmış futbolçu karyerasını bərpa etdi
İtaliya yığmasının sabiq hücumçusu Cüzeppe Rossi yenidən karyerasını bərpa edib. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu ötən mövsüm başa çatan kimi yollarını ayırdığı SPAL-a qayıdıb.
 
Klubun rəsmi saytının yaydığı məlumata görə, tərəflər arasındakı müqavilə bu mövsümün 30 iyununa kimi nəzərdə tutulub.
 
Rossi 2021-ci ilin noyabrından 2022-ci ilin yayına kimi SPAL-da oynayıb və bu komandada 14 oyuna 3 qol vurub. O, “Mançester Yunayted”, “Nyukasl”, “Parma”, “Vilyarreal”, “Fiorentina”, “Levante”, “Selta”, “Cenoa”, “Real Solt Leyk” kimi klublarda da forma geyinib. Hücumçu İtaliya yığmasında 30 oyuna çıxıb, 7 qola imza atıb.






Transfer