5 oktyabr 2026. Bazar ertəsi

Marselo Olimpiakos'dan ayrıldı


  • Transfer
  • 23:47 18.02.2023
  • Oxunma sayı: 111
Marselo Olimpiakos'dan ayrıldı
Braziliya millisinin sabiq futbolçusu Marselo Yunanıstanın "Olimpiakos" komandasından ayrılıb. Corner.az xəbər verir ki, bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb.
 
35 yaşlı müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Marselo ötən ilin sentyabrında "Olimpiakos"la 1+1 illik müqavilə imzalamışdı. O, bu mövsüm 10 oyunda meydana çıxıb və 3 qol vurub. Ulduz futbolçu daha əvvəl ölkəsinin "Fluminense" və İspaniyanın "Real" klublarının formasını geyinib.






Transfer