"Kasımpaşa" klubu heyətinə yeni futbolçu ilə gücləndirib. Corner.az xəbər verir ki, Super Liqa təmsilçisi "Qaziantep"in müdafiəçisi Papi Djilobodji heyətinə qatıb.
İstanbul klubu 34 yaşlı futbolçunu bu mövsümün sonuna kimi icarəyə götürüb.
Djilobodji 2019-cu ildən oynadığı “Qaziantep”də 129 oyuna 15 qol vurub. O, “Dijon”, “Sanderlend”, “Verder”, “Genqam” və “Çelsi” kimi klubların da formasını geyinib, Seneqal millisində 17 oyun keçirib.
Əlavə edək ki, “Kasımpaşa” buna qədər “Qaziantep”də qapıçı Günay Güvenç ilə yarımmüdafiəçi Mustafa Eskihellaçı da icarəyə götürmüşdü.