"Arsenal" klubu yarımmüdafiəçisi Məhəmməd Elneninin müqaviləsinin müddətini uzadıb. Corner.az klubun saytına istinadən xəbər verir ki, 30 yaşlı futbolçu müddəti 2024-cü ilin yayına qədər olan yeni müqaviləyə imza atıb.
Xatırladaq ki, misirli futbolçu 2016-cı ildə "Bazel"dən London klubuna transfer edilib. O vaxtdan bəri "topçular" forması ilə 155 oyuna çıxan futbolçu bu oyunlarda 6 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. O, “Beşiktaş” və “Əl-Mukavilun”da da çıxış edib. Təcrübəli oyunçu Misir yığmasında da 91 oyuna 8 qolla yadda qalıb