- Transfer
- 23:31 31.03.2026
“Neftçi”dən ayrılan Gilyerme Patonun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, braziliyalı hücumameylli yarımmüdafiəçi ölkəsinin "Fiqeyrense" komandasına keçidi rəsmiləşib.
Bu barədə sözügedən klubun mətbuat xidməti məlumat yayıb. C Seriyası təmsilçisi 23 yaşlı vingerlə 2024-cü ilin sonunadək müqavilə bağlayıb.
Xatırladaq ki, 2022-ci ilin yanvarında "Neftçi"yə transfer olunmuş Gilyerme Pato bu müddət ərzində 32 rəsmi oyunda meydana çıxıb, 2 qola imza atıb