“Trabzonspor”un hücumçusu Fode Koyta karyerasını Azərbaycanda davam etdirə bilər. Corner.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Xəbərdə, “Qarabağ”ın 33 yaşlı futbolçunun keçidində maraqlı olduğu vurğulanıb. Hətta tərəflər arasında ilk danışığın olduğu da qeyd olunub. Bu səbəbdən Qvineya yığmasının üzvünün Türkiyə Super Liqasında çıxış edən digər klubların təklifini rədd edib.
Koytanın meneceri onun “Qarabağ”a keçidini reallaşdırmaq üçün Trabzonda bir neçə görüş də keçirib. “Trabzonspor”un baş məşqçisi Abdullah Avcı Koytanı oynatmaq fikrində olmadığından, onun “Qarabağ”a keçidi real görünür.
Qeyd edək ki, Fode Koyta hazırda icarə əsasında “Kasımpaşa”nın formasını geyinir.