Azərbaycan millisinin sabiq məşqçisi Fabio Qallo işsiz qalıb. Corner.Az xəbər verir ki, ölkəmizdə Canni de Byazinin köməkçisi qismində çalışan mütəxəssis buradan ayrıldıqdan sonra baş məşqçisi təyin olunduğu “Focca” klubundan qovulub.
Bunu İtaliyanın C seriyasında mübarizə aparan komandanın prezidenti Nikolo Kanoniko açıqlayıb. O, 53 yaşlı məşqçi barədə ittihamlar səsləndirib: “Ona böyük fürsət verilmişdi. Məşqçi kimi heç vaxt heç nə qazanmadığı halda, onda təkəbbür var idi. Yəqin biz ona çox əhəmiyyət vermişik. Eqoist insandı. Mənə belə adam lazım deyil”.
Qeyd edək ki, Fabio Qallo ötən ilin oktyabrında “Focca”nın baş məşqçisi təyin olunmuşdu.