22 dekabr 2025. Bazar ertəsi

Atletiko'da yeni müqavilə


  • Transfer
  • 20:47 22.02.2023
  • Oxunma sayı: 122
Atletiko'da yeni müqavilə
"Atletiko” yarımmüdafiəçisi Aksel Vitsel ilə müqaviləsini artırıb. Corner.az xəbər verir ki, belçikalı futbolçu Madrid  təmsilçisi ilə sözləşməsinin müddətini 2024-cü ilin yayına qədər yeniləyib.
 
Müqavilənin uzadılması variantı 34 yaşlı futbolçunun bütün yarışlarda minimum 25 görüşdə 45 dəqiqədən çox oynamaq şərti ilə avtomatik aktivləşdirilib. O, cari mövsüm İspaniya klubunun heyətində bütün turnirlərdə 28 matça çıxıb, 1 məhsuldar ötürmə verib.
 
Qeyd edək ki, Aksel Vitsel “Atletiko”ya ötən ilin yayında Dortmund “Borussiya”sından keçib.
 






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq