27 noyabr 2024. Çərşənbə

Super Liqa klubundan ayrılıb, Braziliyaya qayıtdı


  • Transfer
  • 09:30 23.02.2023
  • Oxunma sayı: 72
Super Liqa klubundan ayrılıb, Braziliyaya qayıtdı
“Antalyaspor” hücumçusu Luis Adriano ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, Braziliya milli komandasının sabiq üzvü ölkəsinə qayıdıb.
 
35 yaşlı oyunçu yetirməsi olduğu “İnternasional”la anlaşıb. O, köhnə-yeni klubu ilə 2023-cü ilin 31 dekabrına kimi anlaşıb.
 
Adriaono 2022-ci ilin əvvəlindən oynadığı “Antalyaspor”da 38 oyuna 8 qol vurub. O, karyerası ərzində “Şaxtyor” (Donetsk, Ukrayna), “Milan”, “Spartak” (Moskva) və “Palmeyras” kimi klublarda da forma geyinib, Braziliya yığmasında 4 matça çıxıb.






Transfer