26 oktyabr 2024. Şənbə

Qarabağ'ın futbolçusu Belçika klubuna keçə bilər


  • Transfer
  • 11:21 23.02.2023
  • Oxunma sayı: 105
Qarabağ'ın futbolçusu Belçika klubuna keçə bilər
“Qarabağ”ın müdafiəçisi Elvin Cəfərquliyev karyerasını Belçikada davam etdirə bilər. Corner.az xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.
 
Məlumatda, gələn mövsüm üçün sol cinah müdafiəçisi axtarışında olan “Anderlext” bu problemi 23 yaşlı oyunçu ilə həll etmək niyyətində olduğu vurğulanıb. Hətta “Anderlext”in idman direktoru Yesper Fredberq Konfrans Liqasının pley-off mərhələsində bu gün keçiriləcək “Gent” – “Qarabağ” matçına skaut göndərməyi düşünür.
 
Azərbaycan millisinin üzvünün transfer qiyməti 600 min avroya bərabər göstərilir. Elvinin Ağdam təmsilçisi ilə müqavilə müddəti 2026-cı ilə qədərdi.
 
Qeyd edək ki, Elvin Cəfərquliyev bu mövsüm 32 oyunda 2 qol vurub, 6 məhsuldar ötürmə verib.







Transfer