- Transfer
- 21:53 26.11.2024
İngiltərə "Arsenal"ı futbolçusu Bukayo Saka ilə müqaviləni uzadacaq.
Corner.Az-ın məlumatına görə, bu barədə italiyalı insayder Fabritsio Romano sosial şəbəkə hesabında paylaşım edib.
O, tərəflərin yeni sözləşmə ilə bağlı razılığa gəldiklərini bildirib. 22 yaşlı yarımmüdafiəçi ilə 2028-ci ilin yayınadək müqavilə imzalanacaq.
Saka ilə müqavilə 2024-də başa çatacaq.
Qeyd edək ki, "topçular"da 31 matça ingilis oyunçu 10 qol vurub və 8 ötürmə ilə yadda qalıb.