26 oktyabr 2024. Şənbə

İngiltərə klubunda yeni müqavilə


  • Transfer
  • 09:37 25.02.2023
  • Oxunma sayı: 70
İngiltərə klubunda yeni müqavilə
“Nyukasl” yarımmüdafiəçisi Migel Almironla yeni müqavilə bağlayıb. Corner.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.
 
Tərəflər arasındakı yeni sözləşmənin müddəti 2026-cı ilin 30 iyununa kimi nəzərdə tutulub.
 
Paraqvay yığmasının da üzvü olan Almiron “Nyukasl”da 2019-cu ildən forma geyinir. O, bu komandanın heyətində 152 oyuna 24 qol vurub.







Transfer