7 aprel 2026. Çərşənbə axşamı

Ramos Ronaldo'nun komanda yoldaşı ola bilər


  • Transfer
  • 09:41 25.02.2023
  • Oxunma sayı: 109
Ramos Ronaldo'nun komanda yoldaşı ola bilər

“Əl-Nəsr” PSJ-nin müdafiəçisi Serxio Ramosu transfer etmək istəyir.

Corner.Az xəbər verir ki, Səudiyyə Ərəbistanından olan klubun rəhbərliyi futbolçunun çevrəsi ilə əlaqə saxlayıb və onunla əmək müqaviləsi bağlamaq istədiklərini bildiriblər.

Keçmiş “Real Madrid” və İspaniya millisinin kapitanı PSJ-də özünü rahat hiss etsə də, parislilərin bu yay başa çatan müqaviləsini uzadıb-uzatmayacağını bilmir.

Xatırladaq ki, daha öncə “Əl-Nəsr”in “Real Madrid”in yarımmüdafiəçisi Luka Modriçi transfer etmək istədiyi, lakin bundan imtina etdiyi bildirilirdi.







Transfer