26 oktyabr 2024. Şənbə

İstanbul klubunda bir ayrılıq, bir yeni futbolçu


  • Transfer
  • 18:36 25.02.2023
  • Oxunma sayı: 78
İstanbul klubunda bir ayrılıq, bir yeni futbolçu
“Başakşəhər” müdafiəçisi Junior Kaysara ilə yollarını ayırıb. Corner.az xəbər verir ki, tərəflər arasındakı müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
 
Kaysara 2017-ci ildən formasını geyindiyi “Başakşəhər”də 200 oyuna 2 qolla yadda qalıb. Braziliyalı müdafiəçi daha öncə “Ludoqorets”, “Jil Visente”, “Şalke”, “Santo Andre”, “Maseyo” və “Amerika” kimi klublarda da forma geyinib.
 
“Başakşəhər” heyətinə yeni futbolçu da cəlb edib. Sözügedən klub “Balıkəsirspor”un sağ cinah müdafiəçisi Ayberk Kayğısız ilə güclənib. 18 yaşlı futbolçu ilə 4.5 illik müqavilə imzalanıb. “Balıkəsirspor”un öz yetirməsi olan Ayberk bu klubun əsas komandasında 30 oyuna çıxıb, 3 qol vurub.






Transfer