26 oktyabr 2024. Şənbə

Bundesliqa klubu milli üzvü ilə gücləndi


  • Transfer
  • 14:18 27.02.2023
  • Oxunma sayı: 70
Bundesliqa klubu milli üzvü ilə gücləndi
Almaniyanın “Leypsiq” klubu yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Corner.az xəbər verir ki, Bundesliqa təmsilçisi “Zalsburq”un yarımmüdafiəçisi Nikolas Zayvaldı transfer edib.
 
21 yaşlı futbolçu yeni klubu ilə 5 illik müqaviləyə imza atıb. Amma  Avstriya millisinin üzvü “Leypsiq”ə bu mövsüm başa çatandan sonra, 2023-cü ilin yayında qoşulacaq.
 
“Liferinq”in yetirməsi olan Zayvald 2020-ci ildən “Zalsburq”un uğurları üçün çalışır. O, bu komandanın heyətində 95 oyuna 3 qol vurub. Gənc yarımmüdafiəçi 2021-ci ildən dəvət aldığı Avstriya yığmasında da 10 oyun keçirib.






Transfer