26 oktyabr 2024. Şənbə

Neftçi'dən ayrılan futbolçu Qazaxıstan klubunda


  • Transfer
  • 18:31 27.02.2023
  • Oxunma sayı: 75
Neftçi'dən ayrılan futbolçu  Qazaxıstan klubunda
Qış fasiləsində "Neftçi"nin yollarını ayırdığı Mamadu Mbodjun yeni klubu bəlli olub. Corner.az xəbər verir ki, 29 yaşlı futbolçu karyerasını Qazaxıstanda davam etdirəcək.
 
Mərkəz müdafiəçisi "Ordabaşı" klubu ilə anlaşıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Mbodj Premyer Liqa təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, yeni komandasında 26 nömrəli formanı geyinəcək.
 
Xatırladaq ki, 2018-ci ilin dekabrında “Neftçi”yə transfer olunmuş Mbodj 5 mövsüm ərzində 94 rəsmi görüşdə meydana çıxıb və 9 qola imza atıb. O, 2021/22 mövsümündə Azərbaycan çempionu olub.






Transfer