Ukrayna millisinə müvəqqəti baş məşqçi təyin olunan Ruslan Rotanın köməkçiləri müəyyənləşib. Corner.az xəbər verir ki, məşqçi korpusundakı adlardan biri Azərbaycan futboluna tanış simadı.
Bu, vaxtilə “Qarabağ”ın formasını geyinmiş Sergey Kravçenkodu. 40 yaşlı mütəxəssis Rotanın köməkçisi təyin edilib. Kravçenko “Aleksandriya” klubunda da köməkçi məşqçi kimi fəaliyyət göstərib. Məşqçilər korpusunun ilk sınağı AVRO-2024-ün seçmə mərhələsində martın 26-da İngiltərəyə qarşı olacaq.
Qeyd edək ki, Sergey Kravçenko 2005-ci ildə qısa müddət “Qarabağ”ın formasını geyinib.