22 dekabr 2025. Bazar ertəsi

Mahir Emreliyə yeni rəqib gəlir


  • Transfer
  • 18:34 01.03.2023
  • Oxunma sayı: 118
Mahir Emreliyə yeni rəqib gəlir
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin yeni transfer olunduğu “Konyaspor” heyətini daha bir hücumçu ilə gücləndirməyə hazırlaşır. Corner.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, Konya təmsilçisi Super Liqada çıxışını dayandıran “Hatayspor”un forvardı Ayub el Kabi ilə danışıq aparır.

Mərakeş millisinin üzvü Qətər klubu “Əl-Sədd”lə “Konyaspor” arasında seçim etməli olacaq. 30 yaşlı forvardın keçidi alınmasa belə, “Konyaspor” transfer pəncərəsi bağlanana qədər bir hücumçu alacaq.
 
Qeyd edək ki, “Konyaspor” Mahir Emrelini Zaqreb “Dinamo”sundan mövsümün sonuna qədər icarəyə götürüb.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq