22 dekabr 2025. Bazar ertəsi

Türkiyə klubunda daha bir ayrılıq


  • Transfer
  • 23:14 01.03.2023
  • Oxunma sayı: 92
Türkiyə klubunda daha bir ayrılıq
Türkiyədəki dəhşətli zəlzələdən sonra Super Liqadakı çıxışını dayandıran “Hatayspor” daha bir legionerini göndərib. Corner.az xəbər verir ki, mərakeşli hücumçu Ayub Əl-Kaabi Qətərin “Əl-Sədd” klubuna keçib.
 
29 yaşlı forvard yeni klubu ilə 2023-cü ilin 30 iyununa kimi anlaşıb.
 
Mərakeş yığmasının üzvü 2021-ci ildən formasını geyindiyi “Hatayspor”da 55 oyuna 26 qol vurub. O, daha öncə “Vidad” (Kasablanka) və “Hebey” kimi klublarda da forma geyinib, Mərakeş yığmasında 36 oyuna 20 qol vurub.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq