22 dekabr 2025. Bazar ertəsi

Messi gələcək karyerası ilə bağlı qərar verdi


  • Transfer
  • 23:21 02.03.2023
  • Oxunma sayı: 196
Messi gələcək karyerası ilə bağlı qərar verdi
PSJ-nin hücumçusu Lionel Messi karyerasını Avropada davam etdirmək istəyir. Corner.az “Diario Sport”a istinadən xəbər verir ki, argentinalı ulduz MLS və Səudiyyə Ərəbistanından gələn təklifləri nəzərdən keçirməyəcək.
 
Daha əvvəl 35 yaşlı oyunçu ilə “İnter Mayami” və “Əl-Hilal”ın maraqlandığı barədə məlumatlar yayılmışdı.
 
Həmçinin, “Barselona”nın prezidenti Xuan Laporta Messinin atası ilə futbolçunun “Kamp Nou”ya qayıtması ilə bağlı danışıqların aparıldığı da iddia olunub.
 
Messi bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə 28 oyuna çıxıb, 17 qol vurub və 16 məhsuldar ötürmə edib.






Transfer

Bastoni “İnter”də qalacaq
  • Transfer
  • 15:48 21.12.2025
Bastoni “İnter”də qalacaq