İtaliyanın “İnter” klubu yarımmüdafiəçisi Hakan Çalhanoğlu ilə yeni müqavilə bağlamağı düşünür.Corner.az xəbər verir ki, bu barədə İtaliya mətbuatı məlumat yayıb.
Türkiyəli futbolçu özü də indiki klubunda xoşbəxt olduğunu gizlətməyib: “İnter"də oynadığım üçün qürur duyuram. Başqa kluba keçmək fikrim yoxdur. Burada qalmaq və "İnter"lə mümkün qədər çox kuboklar qazanmaq istəyirəm. Belə möhtəşəm klubun bir parçası olmaq ürəyimcədir”.
Xatırladaq ki, Türkiyə millisinin də üzvü olan 29 yaşlı futbolçu 2021-ci ildə "Milan"dan ayrılaraq azad agent qismində "İnter"ə keçib. Onun "qara-göylər"lə müqaviləsinin müddəti 2024-cü ilin iyununa qədərdir.