26 oktyabr 2024. Şənbə

Konyaspor Mahir Emreli'ni təqdim etdi


  • Transfer
  • 21:33 03.03.2023
  • Oxunma sayı: 94
Konyaspor Mahir Emreli'ni təqdim etdi

Türkiyənin “Konyaspor” klubu bu qış fasiləsində heyətinə qatdığı dörd yeni futbolçu üçün təqdimat mərasimi keçirib. Corner.az xəbər verir ki, Komya təmsilçisi Zaqreb “Dinamo”sundan (Xorvatiya) icarəyə götürdüyü azərbaycanlı futbolçu Mahir Emrelini də təqdim edib.

Mərasimində “Gənclərbirliyi”ndən transfer edilmiş Metehan Mert ilə 3.5 illik müqavilə imzalanıb. Mahir Emreli, həmçinin “İnter Mayami”dən icarəyə götürülmüş Alexandro Posuelo və “Trua”dan gələn Marlos Moreno isə yarım mövsümlük müqaviləyə imza atıblar.

İmza mərasimindən sonra yeni transfelər yeni komandalarının formaları ilə kameralar qarşısına keçiblər.









Transfer