"Barselona” yarımmüdafiəçisi Serxi Robertoyla müqavilənin müddətini artırıb. Corner.az xəbər verir ki, yeni müqaviləyə əsasən 31 yaşlı futbolçu 2024-cü ilin yayınadək Kataloniya təmsilçisinin uğurları üçün çalışacaq.
Anlaşmaya görə, onun təzminat məbləği 400 milyon avrodur. Tərəflər arasındakı əvvəlki sözləşmənin müddəti mövsümün sonunda başa çatırdı.
Serxi Roberto “Barselona”nın öz yetirməsidir. O, 2010/11 mövsümündən bu klubun əsas komandasında çıxış edir. İspaniya yığmasında da oynamış futbolçu, “Barselona”da meydana çıxdığı 340 matçda 15 qol vurub.