"Krasnodar”ın futbolçusu Kadi Borges “Qarabağ”dan Rusiya klubuna transferini dəyərləndirib.
Corner.az xəbər verir ki, braziliyalı yarımmüdafiəçi bu keçidin doğru addım olmadığını bildirib. 26 yaşlı futbolçu buna baxmayaraq bu klubunun özünü sübut etmək üçün fürsət olduğunu da vurğulayıb:
“Krasnodar”a keçmək mənim üçün irəliyə doğru addım deyil. Amma bura özümü sübut etmək üçün çox yaxşı fürsətdi. İndi yüz faiz bütün diqqətimi komandama yönəltmişəm. Mənim üçün yeni şansdı. Kluba mümkün qədər kömək etmək və hər oyunda daha da yaxşı olmaq istəyirəm”.
Qeyd edək ki, Kadi Borges “Krasnodar”a qış transfer dönəmində 5 milyon avro qarşılığında keçib.