26 oktyabr 2024. Şənbə

Türkiyə klubunda 4 yeni futbolçu


  • Transfer
  • 23:10 06.03.2023
  • Oxunma sayı: 97
Türkiyə klubunda 4 yeni futbolçu
Türkiyənin “Ankaragücü” klubu heyətini yeni futbolçularla gücləndirib. Corner.az xəbər verir ki, Ankara təmsilçisi bir neçə gün öncə “Adana Dəmirspor”dan ayrılan yarımmüdafiəçi Gökhan Töreni heyətinə qatıb.
 
31 yaşlı vinger Super Liqa təmsilçisi ilə bu mövsümün sonunadək anlaşıb. Töre bu mövsümün əvvəlində keçdiyi “Adana Dəmirspor”da cəmi 5 oyuna çıxmış və 3 qol da vurmuşdu.
 
“Ankaragücü” 2021-ci ilin yayında yollarını ayırdığı müdafiəçi Stelios Kitsiunu da transfer edib.24 yaşlı futbolçu o vaxtdan “Qaziantep”in uğurları üçün çalışırdı. Yunan oyunçu bu komandada 54 oyuna 1 qol vurub. Lakin Türkiyədəki dəhşətli zəlzələdən sonra Qaziantep klubunun Super Liqadan çəkilməsi əksər futbolçuların bu komandanı tərk etməsinə səbəb oldu. Kitsiu da vaxtilə heyətində 75 matç keçirib, 3 qol vurduğu Ankara klubuna qayıdıb. Tərəflər bu mövsümün sonuna kimi anlaşıblar. Yunanıstan yığmasının üzvü PAOK və “Sent-Trüden”in də formasını geyinib.
 
“Ankaragücü” “Qaziantep”dən ayrılan  sol cinah müdafiəçisi Matey Hanouseki də sıralarına qatıb. 29 yaşlı futbolçu bu mövsümün sonuna kimi icarə əsasında bu komandada forma geyinəcək. “Qaziantep” çex oyunçunu bu mövsümün əvvəlində Çexiyanın “Sparta” (Praqa) klubundan 2023-cü ilin yayına kimi icarəyə götürmüşdü.
 
"Ankaragücü" “Qaziantep”in mərkəz müdafiəçisi Arda Kızıldağı da icarəyə götürüb. 24 yaşlı müdafiəçi bu mövsümün sonuna kimi paytaxt təmsilçisinin uğurları üçün çalışacaq. Türkiyəli futbolçu 2022-ci ilin yayından formasını geyindiyi “Qaziantep”də cəmi 9 oyuna çıxıb və 1 qol da vurub. O, daha öncə “Gənclərbirliyi” və “Hacettepespor” kimi klubların formasını geyinib.
 
“Qaziantep”in sol cinah yarımmüdafiəçisi Anxelo Saqal da Super Liqa təmsilçisini Macarıstanın “Ferentsvaroş” komandasına dəyişib. 29 yaşlı vinger bu mövsümün sonuna kimi Macarıstanda icarədə oynayacaq. Çili millisinin üzvü 2021-ci ilidən formasını geyindiyi “Qaziantep”də 51 oyuna 14 qol vurub. Yarımmüdafiəçi Çilli millisində də 18 oyuna 2 qol vurub






Transfer