26 oktyabr 2024. Şənbə

İtaliya klubu sabiq futbolçusunu geri qaytardı


  • Transfer
  • 13:29 08.03.2023
  • Oxunma sayı: 68
İtaliya klubu sabiq futbolçusunu geri qaytardı
İtaliyanın “Udineze” klubu heyətinə yeni futbolçu cəlb edib. Corner.az xəbər verir ki, A Seriyası təmsilçisi yayda yollarını ayırdığı sol cinah müdafiəçisi Marvin Zeqeları geri qaytarıb.
 
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Tərəflər arasındakı yeni müqavilə bu mövsümün sonuna kimi nəzərdə tutulub.
 
Xatırladaq ki, Zeqelar 2019-cu ildən formasını geyindiyi İtaliya klubundan 2022-ci ilin iyul ayında ayrılmışdı. A Seriyası təmsilçisi həmin vaxtdan klubsuz olan oyunçunu yenidən heyətinə qaytarıb.  
 
“Ayaks”ın yetirməsi olan 32 yaşlı futbolçu “Ekselsior”, “Espanyol”, “Elazığspor”, “Bləkpul”, “Rio Ave” və “Uotford” kimi klubların da formasını geyinib.






Transfer