26 oktyabr 2024. Şənbə

Məhkəmədə PSJ'yə qalib gəldi


  • Transfer
  • 19:55 08.03.2023
  • Oxunma sayı: 115
Məhkəmədə PSJ'yə qalib gəldi
Fransa millisinin keçmiş futbolçusu Hatem Ben Arfa məhkəmədə PSJ-yə qalib gəlib. Corner.az xəbər verir ki, 36 yaşlı futbolçu Paris klubu tərəfindən “mənəvi təqib”ə məruz qaldığı üçün məhkəməyə müraciət edib.
 
Nəticədə qalib gələn təcrübəli oyunçu 100 min avro təzminat alacaq.
 
Ben Arfa 2016-2018-ci illərdə PSJ-də top qovub. Paris təmsilçisinin heyətindən ədalətsizliklə uzaqlaşdırıldığını iddia edən Arfa, daha sonra klubdan müqavilənin şərtlərinə əməl etmədikləri üçün 7-8 milyon avro təzminat tələb edib.
 
Ben Arfa PSJ-nin heyətində bütün turnirlər daxil olmaqla 32 oyunda meydanda olub, 4 qol vurub və 7 məhsuldar ötürmə edib.






Transfer